Xocalı soyqırımı zamanı itkin düşmüş Cavan Orucovla bağlı videoçarx təqdim edilib - VİDEO

13:28 30.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itgin düşmüş, girov götürülmüş vətəndağlarımızla bağlı növbəti video müraciəti təqdim edir.

Hafta.az-ın məlumatına görə, bu dəfə 1992-cı il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itgin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.

Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və baçımız düşmənə əsir düşdü. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etmədi.